Bu gün Türkiyədə yaşayan müğənni İradə İbrahimovanın ailəsində xoş gün qeyd olunur. SİA-nın məlumatına görə, ifaçı oğlu Alinin 1 yaşını keçirir. Sənətçi sevincini "İnstagram" hesabında izləyiciləri ilə bölüşüb:"Ötən ilin bu günü təkrar həyatımın ən gözəl və özəl anlarından birini yaşadım. Rəbbim qucağıma bir körpəni, ürəyinmə bir ömürü, həyatı əmanət etdi... Mən 30 yaşımı və qarşısında 3 olan hər yaşımı sevirəm. Mənə gözəl ailə, bir qız, bir oğlan övladı bəxş etdiyi üçün. Ana olmaq mənə yenidən məni tanıtdı... Məni sizlərə tanıtdı. Bəzilərinə nifrət etdirdi, bəzilərinə çox sevdirdi. Qısacası mən ana olmağı çox sevdim!!! Rəbbim arzusunda olan hər kəsə yaşatsın".
Qeyd edək ki, türkiyəli iş adamı Ceyhun İzerlə ailəli olan İ.İbrahimovanın Ali adında oğlu və İpek adında qızı var.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB