Azərbaycan modelləri “Miss & Mister Planet-2016” gözəllik müsabiqəsində FOTOLAR

Azərbaycan modelləri “Miss & Mister Planet-2016” gözəllik müsabiqəsində FOTOLAR

Gürcüstanın Batumi şəhərində, bəylər və xanımlar arasında keçirilən dünyanın nüfuzlu gözəllik müsabiqələrindən sayılan "Miss & Mister Planet-2016"ya start verilib. SİA-nın məlumatına görə, müsabiqədə ölkəmizi Yusif Cəfərli və Anna Qranovskaya təmsil edir.

Müsabiqəyə qatılan modellərimiz hazırda beynəlxalq konkursa ciddi şəkildə hazırlaşırlar. Müsabiqənin ilk günü Azərbaycan komandasının idarə heyəti tərəfindən "Azərbaycan günü" də təşkil olunub. "Welcome Azerbaijan" partisində iştirakçılara Azərbaycan şərabları, milli meyvə suları və milliyi göstərən hədiyyələr təqdim olunub. Həmçinin, müsabiqənin ikinci günü "Milli geyimlər günü" də keçirilib.

Təmsilçilərimiz uğurla çıxış edərək beynəlxalq jüri heyətinin müsbət rəyini alıblar. Müsabiqənin beynəlxalq jüriləri arasında həmyerlimiz Aqil Məmiyev də var.

Qeyd edək ki, müsabiqə sentyabrın 11-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə