Rejissor hamı ilə halallaşdı

Hazırda xəstəxanada olan rejissor Şahin Zəkizadə dostlarından halallıq istəyib. SİA-nın verdiyi xəbərə görə, o, bu sözləri deyib: "Allahın salamı olsun, əziz dostlarım, qohumlarım, məni tanıyan və tanımayan hər kəsə. Mənimlə bu günlərdə olduğunuz üçün təşəkükr edirəm. Reallıqla barışmaq çətin olsa da, bildikləriniz düzdür. İlk növbədə Allahımdan bağışlanmağımı dua edirəm. Sizlərdən kiminsə nə vaxtsa ya haqqına girmişəm, ya xətrinə dəymişəmsə, halal edin. Elə bil ki, yuxu görürəm. Bu yuxudan ayılmaq üçün dəstəyinizə və dualarınıza böyük ehtiyacım var. Allah hər birinizi qorusun".

Qeyd edək ki, rejissora qan xərçəngi diaqnozu qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə