Kərim xalq artisti ilə duet oxuyacaq

Müğənni Kərim Abbasov xalq artisti Alim Qasımovla bir araya gəlib. SİA-nın verdiyi xəbərə görə, ifaçılar birlikdə duet oxuyacaq. Kərim bu haqda "İnstagram" səhifəsində yazıb: "Alim Qasımovla möhtəşəm duet və layihə gəlir. Çox fəxr edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Allaha fəryad" adlı mahnının sözləri Nüsrət Kəsəmənliyə, musiqisi isə özümə aiddir".

Qeyd edək ki, duet yaxın günlərdə dinləyicilərin ixtiyarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə