"Bağdat" mahnısı ilə məşhurluq qazanan müğənni Ayla Çelik bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hər zaman özəl həyatını gizli saxlayan sənətçi ilk dəfə sevgilisi ilə obyektiv qarşısına keçib. Ötən həftə sonu Gökhan Tepe ilə Aylin Özerin CVK Bosphorus Oteldə baş tutan toy mərasimində iştirak edən Ayla və Utku, əl-ələ poza veriblər.
Qeyd edək ki, cütlüyün 3 aydır birlikdə olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB