Şou-biznesdə daha bir küsülülüyə son qoyuldu

Şou-biznesdə daha bir küsülülüyə son qoyuldu

Prodüser Tolik illərdir küsülü olduğu əməkdar artist Röya ilə bağlı fikirlərini bölüşüb. SİA-nın verdiyi xəbərə görə, o, hər zaman sözügedən ifaçıya qarşı sevgi bəslədiyini etiraf edib: "Röyayla illərdir, birgə çalışıram. Lakin, aramızda inciklik olub. İllərlə danışmamışıq, küsülü qalmışıq. Amma hər zaman ürəyimdə Röyaya sevgim olub. Artıq onunla danışıram. Bu da ona qarşı olan səmimi münasibətimdən irəli gəlir. Allaha çox şükür işlədiyim müğənnilər var. Yəni ruzim yaxşıdır. Allah hamının işini avand etsin. Hər zaman mehribançılıq olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə