Müğənnimizin başına iş gəldi FOTO

Müğənnimizin başına iş gəldi FOTO

Müğənni İzzət Bağırovun başına iş gəlib. SİA-nın verdiyi xəbərə görə, ifaçının "İnstagram" profili oğurlanıb. O,bu haqda sosial şəbəkədə yazıb: "Hansısa nanəcib insanlar mənim "İnstagram" profilimi sındırmışdılar və səhifəmi oğurlamışdılar. Bir sözlə mərdimazarçılıq etmişdilər. Amma hər şeyə qadir Allahım məni məyus olmağa qoymadı. Yaxşı dostlarımın köməkliyi ilə səhifəmi çətinliklə də olsa, bərpa edə bildim. Sağ olsun yaxşı dostlar. Onlar neçə gündür mənimlə bərabər səhifəmin düzəlməsi üçün əllərindən gələni əsirgəmədilər. İnşallah, bundan sonra yenə də izləyicilərimlə birlikdə olacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə