"Oğlan evi" filminin ikinci hissəsinin çəkilişləri davam edir. SİA-nın verdiyi xəbərə görə, filmin çəkilişləri Bakıda və regionlarda baş tutub. Filmin quruluşçu-rejissoru İlham Qasımovdur. Filmin operatoru Nadir Mehdiyev, baş rolların ifaçıları - birinci hissədə yaratdığı obrazla tamaşaçıların sevimlisinə çevrilən Elcan Rəsulov, "Bozbash Pictures" layihəsinin populyar aktyoru Nicat Rəhimov, eləcə də kinoda ilk addımını "Oğlan evi" ilə atan bloger Hüseyn Əzizoğludur.
"Oğlan evi" filminin ikinci hissəsində İran əsilli azərbaycanlı Baba bu dəfə maşın alverçilərinin kələyinin qurbanına çevrilir. Dolaşan kələfi açmağa isə kapitan Rzayev (Qurban Məsimov), İsi (Elşən Hacıbabayev) və digər qəhrəmanların səriştəsi kömək edir.
Filmdə tamaşaçılar aktyorlardan çox avtomobil görəcəklər. Favorit isə qırmızı rəngli, 1964-cü il istehsalı olan "Mercedes"dir, bütün hadisələr məhz bu avtomobilin ətrafında baş verir.
Qeyd edək ki, "Oğlan evi 2" filmi bu ilin dekabrında ekranlara çıxacaq.
.jpg)








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB