İstanbulda olan rejissor Aqil M.Quliyev gecə saatlarında Türkiyədə bir qrup hərbçinin həyata keçirdiyi dövlət çevrilişinə cəhd zamanı baş verən hadisələrlə bağlı təəssüratlarını bölüşüb. SİA-nın verdiyi xəbərə görə, rejissor bu haqda "İnstagram" səhifəsində yazaraq bu cür hadisələrin canlı şahidi olduğunu bildirib: "161 şəhid, 1440 yaralı. Bu cür statusları çox nadir hallarda bölüşürəm. Bu qanlı faciənin canlı şahidi olmasaydım, bu hadisələr İstanbulda bizim gözümüzün önündə baş verməsəydi, mən də sizin çoxunuz kimi inanmsız rəylər yazıb, özümə təsəlli verərdim. Böyük mərd xalqdır. Tankların, ordunun qabağına dövlət başçısının çağırışından sonra dərhal silahsız çıxan Türkiyə vətəndaşları yalnız hörmət və heyrət doğura bilər. Başın var olsun Türkiyə".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB