Müğənni Ziynet Sali Ozan Doğulu ilə birlikdə ərsəyə gətirdikləri "Yağmur" adlı mahnı üçün kamera qarşısına keçiblər. SİA-ın verdiyi xəbərə görə, ekran işi 1 həftəyə Bodrumda bahalı otelin birində lentə alınıb. Klip üçün Ziynet Sali 15 min dollar xərcələyib. Ekran işinin ərsəyə gəlməsi üçün 25 nəfərdən ibarət komanda çalışıb.
"Yağmur" adlı mahnıya klip çəkdirən Ziynət Sali yeni işi haqqında söz açıb: "Mahnının sözləri və musiqisi Buraya aiddir. Burayın yazdığı bu gözəl mahnını mən də Ozan Doğuluya göstərdim və birgə səsləndirməyimizi məsləhət gördüm. O, da razılaşdı. Həqiqətən bəstəni çox bəyəndim. Mahnı olduqca səmimidir və insanın içini isidir. Klip də 1 həftəyə hazır olacaq".
Z.Salı jurnalistlərin "Sevgiliniz varmı?" sualına belə cavab verib: "Sevgilim yoxdur, heç vaxt da olmayıb".
http://www.posta.com.tr/video/video-izle/?VideoID=46736


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB