Pərvinin libasını Neslihanın gəlinliyinə bənzədənlərə cavab gəldi

Pərvinin libasını Neslihanın gəlinliyinə bənzədənlərə cavab gəldi

Aktrisa Pərvin Abiyeva toy məclislərininin birinə geyindiyi libası söz-söhbətə səbəb olub. SİA-nın verdiyi xəbərə görə, aktrisa el şənliyindən çəkilən fotosunu "İnstagram" səhifəsində paylaşıb. İzləyiciləri aktrisanı türkiyəli aktrisa Neslihan Atagülün gəlinliyinə bənzər libas geyindiyi üçün tənqid ediblər. İzləyicilərin onun ünvanına söylədiyi sözlər Pərvini əməlli-başlı əsəbləşdirib. Aktrisa yazılanlara cavab verib:"O zəif gözlərini aç, diqqətlə bax. Mən bu paltarı alanda 3 il bundan öncə Neslihanın adı it dəftərində də yox idi. Odur ki, düşüncəsiz danışmadan öncə diqqətli ol. Mən kiminsə toyuna belə geyinirəmsə, Neslihan öz toyuna geyinir. Yəqin ki, tutdun nə demək istədiyimi. Belə də ki, xoşun gəlmir, xoş getdin. Mən həmişə özümə məxsus olmuşam. Heç kimi təkrarlamıram. Çünki mən Pərvinəm. Neslihanı da aktrisa kimi bəyənirəm. Bir çox kinolarda rol alıb. Amma "Kara sevda" serialındakı obrazından başqa yadda qalmayıb. Mən də Türkiyədə qalsaydım, sevilib, tanınırdım. Amma sizə açıq deyəcəm. Məni irəliyə getməyə qoymayan sizin iyrənc, mənfi rəylərinizdir. Hər sözhbətə adət-ənənəni gözə soxursuz. Elə bilirsiniz Türkiyəyə səfər edəndə əylənməyə gedirəm. Heç də elə deyil. Qardaş ölkəyə iş üçün yollanıram. Sizin lazımsız düşüncələriniz məni ruhdan salır. Bir çox layihələrim var ki, həyata keçirmək fikrindən daşınmışam. Gərək mənim də illər keçsin, 60 yaşım olsun, pis vəziyyətə düşəndən sonra dəyərimi biləsiniz? Mənə elə qiymət vermək lazım deyil. Bir çox sənətkarlarımız var ki, Azərbaycandan soyuyub, başqa ölkədə yaşayırlar. Bəsdirin! Qurban olum heç kimi mühakimə etməiyin! Biz belə irəli gedə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə