Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov döyülməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, o, bu barədə sosial şəbəkədə yazıb: "Bilmirəm ki, bu yazıları yazan, bu süjetləri verən KİV-lər nə məqsəd güdür? Ən azından mənimlə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilərdilər. Lakin heç kəs bunu etmədi, mən də öz növbəmdə məcbur olub sosial şəbəkələrdə şəklimi paylaşdım ki, dostlarım, qohumlarım nigaran qalmasın. Sağ-salamatam. Bilmirəm ki, məni "döymək" kimə lazım idi".
Bütün xəbərlər Facebook səhifəmizdə