Xəbər verdiyimiz kimi Fransanın Nitsa 84 nəfərin ölümü ilə nəticələrən terror hadisəsi baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kiralık aşk" serialının "Koriş"i Onur Büyüktopçu da həmin hücum zamanı orada olub. Hadisə zamanı meneceri ilə telefonda danışan Büyüktopçu "İnsanları qırırlar, yanımızda ölürlər, evə gedə bilmirik" dedikdən sonra telefonu bağlayıb.
Dünən axşamdan bəri aktyordan xəbər almaq mümkün olmayıb. Bir qədər əvvəl isə aktyorun terror hücumundan psixoloji sarsıntı keçirərək xəstəxanaya aparıldığı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB