Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun türkiyəli nişanlısı Ali Tanrıkulu ilə ayrıldığı iddia olunur. SİA-nın verdiyi xəbərə görə, ifaçının qızının sevgilisi Ali Tanrıkulu "İnstagram" səhifəsində Aysunla fotosunu paylaşaraq mediada yayılan ayrılma xəbərini təkzib edib: "Bu, yalan xəbərdir. Biz ayrılmadıq. Ayrılmağı da düşünmürük. Təşəkkürlər".
Qeyd edək ki, sənətçi bir neçə gün bundan öncə balaca qızı Yağmurun ad günündə Aysuna nişan edəcəyini demişdi. Lakin Rəqsanə nişanın təxirə düşdüyünü deyincə bu cür məlumatların yayılmasına səbəb olub.
(1).jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB