Məşhurlar bu dəfə kimləri sevindirdilər? FOTOLAR

Məşhurlar bu dəfə kimləri sevindirdilər? FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Xətai rayon İcra hakimiyyətinin nümayəndələri, Xətai rayon Gənclər və İdman İdarəsinin rəis müavini Zemfira Əmirbəyova, Ali Hərbi Məktəbin rəhbərliyi, zabit heyəti və kursantları iştirak ediblər.

Tədbirin aparıcısı Kamran İsrafilov iştirak edən qonaqlara söz verib. Çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə hərbiçiləri təbrik edib, bu il aprelin əvvəlində qoşunların təmas xəttində törədilən təxribatlar zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaət və qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğulayıblar.

Sonra Xətai rayon Mədəniyyət Mərkəzinin "Təbəssüm" uşaq xalq rəqs ansamblının ifasında rəqs nömrələri təqdim edilib. Əməkdar artist Elza Seyidcahan, "Gündəm" qrupu, müğənnilər Mirkamil Kamilov, Kübra Hüseynova, Aysel Əlizadə, Səbinə Əsgərova, Niyam Salami, Rahidə Baxış və başqaları vətənpərvərlik ruhunda olan mahnılarlı ilə hər kəsdə xoş əhval ruhiyyə yaradıblar.

Tədbir iştirakçıları müxtəlif bayram şirniyyatına qonaq edilib.

Sonda Ali Hərbi Məktəbin rəhbərliyi tədbir təşkilatçılarına təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə