Əbdül Xalid şou-biznesdə yenilik edəcək AÇIQLAMA

Əbdül Xalid şou-biznesdə yenilik edəcək AÇIQLAMA

Müğənni Əbdül Xalid yeni klip çəkdirdiyini söyləyib. SİA-ya bu haqda ifaçının özü məlumat verib: "Yeni mövsümdə maraqlı işlər görməyi planlaşdırıram. Belə ki, "Gül" adlı mahnıma klip çəkdirəcəm. Bundan başqa gündəlik mövzulardan birinə aid mahnı yazdırmışam. Belə ki, bəstə dayı və bacı oğlu münasibətlərindən bəhs edəcək. Düşünürəm ki, bu mahnı hər kəsin diqqətini cəlb edəcək və dinləyicilər tərəfindən maraqla qarşılanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə