Aparıcı Vüsalə Kərimovanın növbəti bacarığı üzə çıxıb. SİA-ya açıqlama verən aparıcı özünü aktrisa kimi sınadığını söyləyib: "Bacanaqlar" serialından rejissor tərəfindən mənə təklif gəldi. Mən də qəbul etdim. Özümü aktrisa kimi sınadım. Serialın yardıcı heyəti məndən narazı qalmadı. Hətta serilda yıxılma səhnəsi var idi. İlk dəfə aktrisalıq etdiyim üçün mənə güzəşdə getmək istədilər. Amma mən serialın baxımlı olması üçün razılaşmadım və yıxıldım. Yəni çalışdım ki, aktrisa olmasam da layiqli iş görüm".
Aparıcı bundan sonra filmə çəkilmək istədiyini də gizlətməyib: "Hər sahənin özünə məxsus çətinliyi vardır. Mən peşəkar aktrisa deyiləm. Çünki bu sahədə təhsil almamışam. Amma bacarıramsa, niyə də filmlərdə rol almayım? Üzərimdə çalışaraq ciddi və komediya obrazında olan ekran işlərində özümü sınmaq istərdim. Rejissorlar tərəfindən serilda çəkilməyim üçün təklif olunsa, ssenariyə uyğun obraz canlandıraram. Bir məqamı da xüsusi ilə diqqətinizə çatdırım ki, aktyorların işlərini əllərindən almaq niyyətim yoxdur. Mən öz sənətimi sevirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB