Xalq artisti Səməd Səmədov yaradıcılığında yeni görəcəyi işlərdən söz açıb. SİA-ya açıqlama verən ifaçı yeni mahnı üzərində çalışdığını söyləyib: " 25 ildir ki, səhnədəyəm. Hər zaman yeniliklər etməyi xoşlamışam. Hər il olduğu kimi bu dəfə də yenilik edəcəm. Belə ki, sentyabr ayında yeni mahnı, disk, klip ərsəyə gətirəcəm. Albomumda bəstəkar, ara, xarici mahnılar yer alacaq. Diskdə 15 yaxın bəstə olacaq. Albomdakı mahnıları Eldar Mansurov, Nadir Əzimov, Novruz Aslan yəni mənə yaxın olan insanlar yazacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB