Elçin: "Klip çəkdirməyən ifaçıların sevənləri yoxdur" MÜSAHİBƏ-FOTOLAR

Elçin: "Klip çəkdirməyən ifaçıların sevənləri yoxdur" MÜSAHİBƏ-FOTOLAR

Müğənni Elçin Hüseynovun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-Yaradıcılığınızda hansı yeniliklər var?

-Həmkarım Sevda Yahyayeva ilə "Ayrılıkdan vaz geçelim" mahnısını duet oxumuşam. Bundan başqa Sevda xanımla daha iki duet ifa etmək fikrimiz var. Özüm də bir neçə yeni mahnılar yazdırıram. Sentyabr ayında həmin solo ifaları sevənlərimin ixtiyarına verəcəm.

-Bu yay istirahət edəcəksiniz?

-Mən hamıdan sonra dincəlirəm. Çünki işlərim çoxdur. Amma bu yay bölgələrdə və vətəndən kənarda istirahət etməyi planlaşdırıram. Onu da deyim ki, 4 gün idi ki, Şəkidə, Zaqatalada, Balakəndə, Qaxda konsertlərdə idim. Həmin rayonlara getmişkən dincəlməyi də unutmadım.

-Sadaladığınız rayonları gəzərkən düşündünüzmü ki, bu bölgələrin birində klip çəkdirəsiniz?

-Bildiyiniz kimi mən ekran işlərimin çoxunu rayonlarda lentə aldırmışam. Yeni mövsümdə üzə çıxaracağım mahnılar hazır olduqdan sonra klip çəkdirməyi də düşünürəm.

-Bəzi həmkarlarınız klip çəkdirməyin tərəfdarı deyillər. Siz də belə düşünürsünüz?

-Ekran işləri müğənninin arxividir. Bizi sənətçiləri sevən tamaşaçılar həmin klipə inter saytlarında, telekanallarda baxır. Bunun nəyi pisdir? Əsas odur ki, müğənnini sevən tamaşaçı kütləsi olsun. Klip çəkdirməyi tərəfdarı olmayan ifaçıların yəqin ki, sevənləri yoxdur.

-Konsert verməyi fikirləşirsiniz?

-İllər öncə konsertlər vermişəm. Amma hələki konsert keçirmək niyyətində deyiləm. Sanki tamaşaçılar biz müğənnilərdən doyub. Yerli sənətçilərin konsertinə gedənlər azalıb. Amma azərbaycanlı ifaçılar əcnəbi ölkələrdə konsertlər verəndə orada hər kəs sevinə-sevinə konsertə bilet alır və müğənnilərimiz xarici ölkədə yüksək səviyyədə qarşılanır. Rusiyada və başqa ölkədə sanki konsert aclığıdır. Biz də isə əksinə olduğu üçün bəzi həmkarlarım da konsert keçirməyi düşünmürlər. Sanki ifaçılar həvəsdən düşüblər. Eyni zamanda biz müğənnilər el şənliklərində tez-tez oluruq. Tamaşaçılar bizi görməkdən bezib.

-Toyla konsertin fərqi var?

-Əlbəttə də var. Toyla konsertin reperturı eyni deyil. Konsertdə toy kimi oxumaq düzgün deyil. Konsertdə 6.8 ritmində mahnılar ifa edə bilərsən. Amma sənətçi əsasən konsertində bəstəkar mahnılarına müraciət etməlidir. Onu da deyim ki, el şənliyində oxumaq da hər ifaçının işi deyil.

-Görkəminizdən xeyli çəki aldığınız hiss olunur. Yenidən idmanla məşğul olub, pəhrizlə arıqlamağı düşünürsünüz?

- Bəzi problemlərə görə özümə zaman ayıra bilmirdim. Ona görə də kökəldim. 5 kiloqram çəkim artıb. Eyni zamanda efir insanı çəkisindən artıq göstərir. Artıq idmanla məşğul oluram.

Bütün xəbərlər Facebook səhifəmizdə