İfaçı duet ortağı olaraq onu seçdi və klip çəkdirdi AÇIQLAMA-FOTOLAR

İfaçı duet ortağı olaraq onu seçdi və klip çəkdirdi AÇIQLAMA-FOTOLAR

Müğənni-bəstəkar Nurlan Təhməzli yenilik etməyə hazırlaşır. SİA-ya bu haqda sənətçinin özü məlumat verib: "Yaxın günlərdə yeni işimlə tamaşaçıların qarşısına çıxacam. Belə ki, "Sənsiz arzular bitsin" adlı bəstəmi duet oxumuşam. Bu dəfə ki duet ortağım Umman xanımdır. Eyni zamanda sözügedən bəstəni ekranlaşdırırq. Duetlə klipi birgə təqdim edəcəyik. Hazırda klipin montaj işləri gedir. İnanırıq ki, maraqlı layihə olacaq və tamaşaçılar tərəfindən bəyəniləcək".

Qeyd edək ki, "Sənsiz arzular bitsin" adlı mahnının musiqisi Nurlan Təhməzlinin özünə aiddir.

Klip zamanı lentə alınan fotoları təqdim edirik:.

Bütün xəbərlər Facebook səhifəmizdə