Müğənni repertuarında dəyişiklik etdi AÇIQLAMA

Müğənni repertuarında dəyişiklik etdi AÇIQLAMA

Müğənni Kamil Cəfərov xeyli müddətdir üzərində çalışdığı mahnısını təqdim edib. SİA-ya bu haqda ifaçının özü məlumat verib: " Repertuarımı təzələdim. Belə ki, "Məni axtar darıxanda" mahnısını dinləyicilərin ixtiyarına verdim. Uzun zaman idi ki, bəstəni ərsəyə gətirmək istəyirdim. Lakin bəzi problemlərə görə, mahnının tamamlanma işlərini görə bilmirdik. Nəhayət yeni aranjemanda və yeni nəfəsdə bəstəni təqdim edə bildim. Mahnının sözləri İlqar Fəhmiyə, aranjemanı İlkin Valehoğluna aiddir".

Bütün xəbərlər Facebook səhifəmizdə