Modelyer Gülnarə Xəlilovanın Milli Geyimlər kataloqunu təqdim edib. SİA-nın verdiyi xəbərə görə, mərasimə tanınmış simalar qatılıb.
Tədbirdə çıxış edən səbəbkar G.Xəlilova kataloqun iki dildə nəşr edildiyini söyləyib: "Kataloqda orta əsrdən başlayaraq 18-ci əsr və müasir geyimlər təşkil edilir. Bu işin davamı olacaq. Kataloqun birinci hissəsində mərhum Anar Məmmədxanovun qızı Məryəm, ikinci hissədə isə Tünzalə Ağayeva çəkilib. Çəkilişlərimiz İçəri Şəhərdə norveçli fotoqraf tərəfindən aparılıb".
Millət vəkili Qənirə Paşayeva da modelyerə uğurlar arzu edib: "Gülnarə Xəlilova xarici ölkələrdə bu işi uğurla həyata keçirir. Bu işlərinə görə onu təbrik edirəm".
Qeyd edək ki, mərasim maraqlı anlarla yadda qalıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB