Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli bir çox müğənnilərlə iş birliyinə başlayıb. SİA-ya bu haqda bəstəkar xanımın özü məlumat verib: "Hazırda şou-biznesin bir neçə ifaçısı ilə iş birliyindəyəm. Belə ki, müğənni Niyam Səlamiyə bir neçə mahnı yazmışam. Niyam həmin mahnıları disk şəklində dinləyicilərinin ixtiyarına verəcək. Bundan başqa "Zəfər himni" adlı bəstə yazmışam. Mahnını 6 məşhur tanınmış sima ifa edəcək. Həmin məşhurlar xalq artisti Gülyanaq Məmmədova, əməkdar artist Elnarə Abdullayeva, muğam ifaçıları Babək Niftəliyev, Eldəniz Məmmədov, müğənni Könül Kərimova, Tacir Şahmalıoğludur. "Zəfər himni" nin sözləri Baba Vəziroğluna aiddir".
Nailə Mirməmmədli əməkdar artist Röya Ayxanla da çalışdığını deyib: "Röyaya yeni mahnı yazmışam. Bəstənin sözləri Arzu Hidayətqızına məxsusdur. Mahnı "Ürək" adlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB