Əməkdar artist Rəmişdən yeni xəbər var. SİA-ya açıqlama verən gitara ifaçısı səhhəti haqqında danışıb: "Bir müddət öncə efirlərdə görsənmirdim. Bu da səhhətimlə bağlı idi, soyuqlamışdım. Hazırda yaxşıyam və özümü normal hiss edirəm. Artıq verilişlərə dəvət alanda tamaşaçıların görüşünə gəlirəm".
Əməkdar artist el şənliklərindən də söz açıb: "Bildiyiniz kimi hazırda Ramazan ayıdır. Toylar yoxdur. Biz musiqiçilər evdə istirahət edirik. Ümumiyyətcə, son 1 ildir ki, el şənlikləri azalıb. Toylara bir o qədər də dəvət almıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB