"Formula 1"də bu əcnəbi məşhurlar səhnəyə çıxacaq FOTOLAR

"Formula 1"də bu əcnəbi məşhurlar səhnəyə çıxacaq FOTOLAR

Sabahdan Bakıda keçiriləcək dünyanın məşhur "Formula 1" yarışları ilə yanaşı əyləncəli məqamları ilə də maraq cəlb edib. SİA-nın məlumatına görə, yarış çərçivəsində dünyanın ən məşhur ulduzları paytaxtımızın qonağı olacaqlar.

"Formula 1"in proqramını təqdim edirik:

Cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə Dənizkənarı Milli Parkda çıxış edəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda, minlərlə Formula 1 azarkeşinin qarşısında özünün "Yeah3x", "Look At Me Now" və "Beautiful People" kimi məşhur hitlərini ifa edəcək.

Şənbə günü axşam dünya ulduzu Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. "Latın Pop Musiqisinin Kralı" kimi tanınan ispan əsilli müğənni səhnədə özünün "Hero", "Bailamos" və "I Like It" kimi məşhur hitlərini səsləndirəcək.

Bazar günü axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il "Formula 1" Avropa Qran Prisinə yekun vuracaq. "Formula 1"də sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən yarış tədbiri yekunlaşacaq.

2013 -ci il "Yeni dalğa" musiqi yarışmasının qalibi, kubalı müğənni Roberto Kel Torres də yarış çərçivəsində Bakının qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə