"İşte benim stilim" yarışmasının münsifi, modelyer Kemal Duğulunun başına iş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, model evdən çıxarkən pilləkənlərdən yıxılıb. Onu ev sahibi yaralanmış halda taparaq, xəstəxanaya aparıb.
Modelyerin yaxın dostları Çağla Şikel, Hande Yener, Hakan Akkaya və Öykü Serter xəstəxanaya yollanıb.
Çağla jurnalistlərə açıqlamasında "Qorxulu heç nə yoxdur. Həkim nəzarətində saxlanılır. Evdə tək olduğu üçün 1,5 saat sonra tapılıb" deyə, bildirib.
Armağan Çağlayan isə sosial şəbəkədə "Yıxılanda çox qan itirib" sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB