Aygün Kazımova: "Orasına-burasına" MAHNI

Aygün Kazımova: "Orasına-burasına" MAHNI

Xalq artisti Aygün Kazımova uzun müddətdir gözlənilən "Orasına-burasına" adlı yeni mahnısını təqdim edib. SİA-ya açıqlama verən müğənni mahnını dinlədiyi gündən vurulduğunu söyləyib.

A.Kazımova həmçinin onu əlavə edib ki, iyunun 18-i Nabranda yerləşən "El Faro" ailəvi istirahət mərkəzində baş tutacaq solo konsertində bu mahnının özəl təqdimatı da baş tutacaq. Konsertdə xalq artistinin ulduz qonağı dostu Rəhim Rəhimli olacaq.

Qeyd edək ki, mahnının söz və musiqisi Ceyhun Əliyevə, aranjimanı Rəşad Hüseynova, mix-masteri isə Yaşar Baxışa aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə