Xalq artisti: "Nəvəmə verəcək pulum yoxdur" AÇIQLAMA

Xalq artisti: "Nəvəmə verəcək pulum yoxdur" AÇIQLAMA

Azərbaycanın xalq artisti Taryel Qasımovun nəvəsi, nəğməkar şair Fariz Kərimlinin səhhətində problem var. Gənc şair böyrək çatışmazlığından əziyyət çəkir. Böyrək köçürülməsi üçün 10 min manata ehtiyacı olduğunu deyən Kərimli babasının onunla maraqlanmadığını bildirib.

Məsələ ilə əlaqədar olaraq xalq artisti ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən T.Qasımov bunları dedi: "35 ildir ki, mən rayondan çıxmışam. Fariz kimdir ki, ona kömək edim? Nəvəmin imkanlı əmisi var. Ondan yardım istəsin. Mənim ona verəcək pulum yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə