Müğənni Kamil Cəfərovun müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Efirlərdə az-az görünmənizə səbəb nədir?
-Verilişlərə dəvət alanda çalışıram ki, yeni mahnı ilə tamaşaçıların qarşısına çıxım. Hazırda da yeni bəstə üzərində çalışıram. Mahnı tam hazır olduqdan sonra dinləyicilərin ixtiyarına verəcəm.
-Duet oxumağa daha çox üstünlük verirsiniz. Bu dəfə duet ortağı olaraq hansı həmkarınızı seçmisiniz?
-Hələki heç kimlə duet oxumaq istəmirəm. Bir qədər duetə fasilə vermişəm. Solo olaraq yeni mahnılar hazırlayıram.
-Duet oxumaq solu fəaliyyətinizdə problem yaradır?
-Yaradıcılığımda heç bir problem yaratmır. Əksinə, duet gözəldir. Duet bəzi hallarda mənə uğur gətirir.
-Hansı həmkarınızla duet oxumaq istərdiniz?
-Arzu elədiyim heç bir sənətçi yoxdur.
-Konsert vermək fikriniz varmı?
-Konsert mənim üçün hələ tezdir. Bir az zaman lazımdır. Amma gələcəkdə möhtəşəm yerlərdə ard-arda konsert verməyi düşünürəm.
-Xarakter baxımından mülayim ifaçılardansınız. Bildiyiniz kimi şou-biznes camisində hər xasiyyətə malik olan insanlar var. Bu xasiyyətiniz sizə problem yaratmır?
-Bütün sənət yoldaşlarımla münasibətim yaxşıdır. Hamı ilə ünsiyyət qurmağı bacarıram. Hər kəsə öz ağlına görə hörmət edirəm.
-Şəxsi həyatınızda nə yenilik var?
-Evlənməyi nəzərdə tutursunuzsa, hələ belə fikrim yoxdur. Subaylığa davam etmək niyyətindəyəm. Hazırda iş həyatımı düşünürəm. Yaradıcılığımda daha da yeniliklər etmək istəyirəm.

.jpg)
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB