Müğənninin keçmiş əri yeni sevgilisiylə

Müğənninin keçmiş əri yeni sevgilisiylə

Türkiyəli müğənni İrem Derici həyat yoldaşından ayrılandan sonra Selami Şahinin oğlu Lider Şahinlə sevgi yaşayır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müğənninin Liderlə sevgili olduğu xəbəri yayılan günün axşamı, keçmiş həyat yoldaşı Rıza Esendemir sarışın xanımla baş-başa yemək yeyərkən görüntülənib. Həmin xanım üzünü gizlətməyə çalışıb. Esendemir isə müxbirlərdən onları çəkməməyi rica edib. Cütlük yeməklərini bitirməmiş, maşına əyləşərək, məkanı tərk ediblər.

Qeyd edək ki, İrem Dericinin sevgilisi Lider Şahinin atası Selami Şahin və anası Didem Şahin, oğullarının müğənni ilə münasibətindən danışarkən bunları qeyd ediblər:"Subay insanlardır. Təbii ki, sevgililəri olacaq. İstədikləri insanla münasibət qura bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə