Qızı məzun olan əməkdar artist: "Fidan yolumu davam etdirməyəcək" AÇIQLAMA

Qızı məzun olan əməkdar artist: "Fidan yolumu davam etdirməyəcək" AÇIQLAMA

Əməkdar artist Tünzalə Ağayevanın qızı Fidan məzun olub. SİA-ya açıqlama verən ifaçı qızının onun yolunu davam etdirməyəcəyini sözləyib: "Övladım bu gün orta məktəbi bitirib, məzun oldu. Çox həyəcanlı və sevincliyəm. Fidan universitetə hazırlaşır. Belə ki, o, özünü memar görür. Yəni qızım mənim kimi musiqiçi olmayacaq. Musiqi ilə məşğul olmaması üçün ona qadağalar qoymamışam. Peşəsini özü seçib".

T.Ağayeva repertuarında yenilik edəcəyini də söyləyib: "16 il öncə səsləndirdiyim bəstəyə müraciət etmişəm. Belə ki, "Son zəng" mahnımı yeni aranjemanda oxumuşam. Bəstə sabahdan etibar bütün radio dalğalarında və internet portallarında olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə