Azərbaycanlı aparıcı əməliyyat olundu FOTO

Azərbaycanlı aparıcı əməliyyat olundu FOTO

Aparıcı Azər Süleymanlı əməliyyat olunub. SİA-nın verdiyi xəbərə görə, aparıcı bu haqda "Facebook" səhifəsində yazıb: "Saysız zənglərinizi, mesajlarınızı, şərhlərinizi cavablandıra bilmirəm, üzrlü sayın. Buna fiziki gücüm çatmır. Amma özümü bir neçə saniyə normal hiss edən kimi tez yazılanları oxuyuram. Hər kəlmə, hər şəfa diləyi ağrılarıma bir ilacdır. Əməliyyat olunmuşam, indi şükür salamatam. Mənə göstərdiyiniz sevginizin qarşısında acizəm. Allah hamıdan razı olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə