Amerikadan qayıdan müğənnimiz yenidən ana olacaq? AÇIQLAMA-FOTOLAR

Amerikadan qayıdan müğənnimiz yenidən ana olacaq? AÇIQLAMA-FOTOLAR

Amerikadan istirahətdən yeni dönən müğənni Sevinc Ağaşirinova səyahətindən danışıb. SİA-ya açıqlama verən müğənni bunları deyib: "Amerikadan yenicə gəlmişəm. Ora istirahət üçün getmişdim, iş üçün deyil. Amerikanı gəzdim, dolaşdım. Şəhərlə tanış oldum. Olduqca maraqlı və görməli yerləri var".

Sevinc yaradıcılığındakı yenilikdən söz açıb: "Yeni işlərə start vermişəm. Mahnı aranjeman etdirirəm. Bəstə ərəb mahnısıdır. Tezliklə dinləyicilərin ixtiyarına veriləcək. Bundan başqa ola bilsin ki, yeni fotosessiya da etdirim".

Müğənni şəxsi həyatından da bəhs edib: "Bildiyiniz kimi, Yahya adında oğlum var. Yenidən ana olmağı düşünmürəm. Hələ ki, Yahyanı böyüdürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə