Zamiq: "Fəxr edirəm ki, sizin əlinizdən su içmişəm"

Zamiq: "Fəxr edirəm ki, sizin əlinizdən su içmişəm"

Müğənni Zamiq Hüseynov xalq artisti Brilliant Dadaşovanı tərif yağışına tutub. SİA-nın verdiyi xəbərə görə, sənətçi ifaçının "Bayatılar" mahnısını paylaşaraq bunları qeyd edib: "Ömrümün sonuna qədər bu ifalara görə Brilliant Dadaşova, sizə təşəkkür edəcəyəm. Fəxr edirəm ki, sizin əlinizdən su içmişəm. Siz dahisiniz. Azərbaycan musiqisinin canlı sərvəti, bu aləmə böyük ürək, iz qoyan sənətkarısınız. Brilliant xanım, sizi sevirəm. Nə yaxşı ki, varsınız".

Bütün xəbərlər Facebook səhifəmizdə