Müğənni: “Azərbaycanın Hürrəm sultanına aşiq oldum” AÇIQLAMA-FOTO
Bəstəkar-müğənni Ceyhun Əliyev xalq artisti Aygün Kazımova haqqında inanılmaz fikirlər səsləndirib. SİA-ya açıqlama verən Ceyhun sənətçi üçün yeni mahnı yazdığını da söyləyib: "Aygün xanım musiqisi və sözləri mənə aid olan mahnını ifa edəcək. Ritmik bəstə "Orasına, burasına" adlanır. Mahnının aranjemanı Rəşad Hüseynovundur. Bu bəstəni ancaq Aygün xanım ifa edə bilər. Onun ifasında sözügedən mahnı yaxşı alınacaq. Çünki xanım Kazımova səhnəmizin dəlisov sənətçisidir. Eyni zamanda Aygün xanımın şərəfinə " Nə yaxşı ki, varımsan" adlı mahnı yazmışam. Həmin bəstəni özüm səsləndirəcəm. Aygün Kazımova Azərbaycanın Hürrəm sultanıdır. Aygün xanımı sənətçi olaraq çox sevirəm. Ona aşiq oldum".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB