Məryəm Uzerlinin böyük arzusu FOTOLAR

Məryəm Uzerlinin böyük arzusu FOTOLAR

Aktrisa Məryəm Uzerli jurnalların birinin iyun buraxılışının siması olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa ilə iki fotoqraf Dubayda maraqlı görüntülər lentə alıblar.

Aktrisa özü haqda maraqlı açıqlamalar da edib: "Özümü model kimi görmürəm. Hamı kimi sadə insanam. Yaxşı insan və yaxşı ana olmağa çalışıram. Bacara biləcəyim işdən yapışıram".

Məryəm "Ərəb aktyorlarıyla eyni layihədə iştirak etmək istərdinizmi?" sualına belə cavab verib:"Yaxşı ssenari olsa niyə də olmasın, çox sevinirəm. Bir aktrisa üçün çox gözəl bir təcrübə olardı. Hər zaman gözəl ssenari tapmaq asan olmur".

Bütün xəbərlər Facebook səhifəmizdə