Qəzaya düşən meyxanaçılardan yeni xəbər var AÇIQLAMA

Qəzaya düşən meyxanaçılardan yeni xəbər var AÇIQLAMA

Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya düşüb. SİA-ya açıqlama verən meyxanaçı Pərviz Bülbülə yaxşı olduğunu deyib: "Yaxşıyam. Səhhətimlə bağlı heç bir problemim yoxdur. Salamatçılıqdır. Həmkarım Rəşad Dağlının da vəziyyəti yaxşıdır. Hazırda evdədir. İstirahət edir".

Qeyd edək ki, hadisə səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verib. Pərviz Bülbüləyə məxsus "Prado" markalı 10 TT 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə