Rejissor Nail Naiboğlu yaradıcılıq gecəsi keçirəcək. SİA-ya danışan rejissor "NN şou" adlı tədbirin iyunun 10-da baş tutacağını bildirib:"İlk dəfə 2012-ci ildə yaradıcılıq gecəm keçirilib. Bu dəfə fərqli şou fikirləşmişəm. Əvvəl açıq havada konsert olacaq. Tədbirə xalq artisti Flora Kərimova, əməkdar artistlər Ədalət Şükürov, Manana, Lalə Məmmədova, müğənnilər Natavan Həbibi, Elçin Cəfərov, rəqqasə Fatimə Fətəliyeva, Rəna və başqaları qatılacaqlar. Gecənin aparıcılığını Zemfira Adıgözəlova və Seyran Babayev edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB