Kişilər lüt şəkillər göndərdikləri modeldən üzr istədilər

Kişilər lüt şəkillər göndərdikləri modeldən üzr istədilər

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə müsahibələrinin birində kişilərin ona çılpaq fotolar göndərdiyini və həmin şəkillərdən ibarət sərgi açacağını söylədikdən sonra üzr dolu ismarışlar almağa başlayıb. SİA-nın verdiyi xəbərə görə, aktrisa bu haqda "İnstagram"da yazıb:" Dünən çox təəccübləndirici bir şey oldu. Bu gün də çoxalmaqdadır. Sosial şəbəkədə minlərlə üzr mesajları almışam. Günahı olmayan və hörmətsizlik etməyən kişilər həmcinsləri adından məndən üzr istəyirlər. Bütün mesajları oxumaq mümkün deyil, ancaq "Çox utandıq", "Çox təəccübləndik" tipli mesajlar yazırlar. Əziz kişilər, təəccüblənməyin. Bir qadın adıyla özünüzə hesab açın, iki gözəl foto yerləşdirin. Sonra hər şeyin şahidi olacaqsız. Deməli, insanlıq hələ ölməyib, ümid var. Gözəl anaların gözəl oğullarına təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə