Hollivud aktrisası Culiya Robertsin günü-gündən görmə qabiliyyətini itirməsi barədə dedi-qodular yayılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 48 yaşlı aktrisa yalnız gözlərindən deyil, eləcə də baş və kürək ağrılarından da əziyyət çəkdiyi deyilir.
Onu tanıyanlardan biri ulduz xanım haqda inanılmaz fikirlər söyləyib: "Tanışları onun son zamanlar çox dəyişdiyini deyirlər. Onu artıq tanımaq olmur, küçədə insanlar qarşılarında kimin olduğunu ağıllalarına belə gətirmirlər. O, həyatda, filmlərdə olduğundan daha yaşlı görünür. Onun dərisi yaşlanıb, qırşılarla örtülüb, yanaqları çöküb, amma hər şeydən çox Culiyanı görməsi narahat edir. O, indi eynək taxır. Amma görməsi getdikcə pisləşir. O qədər zəif görür ki, artıq sükan arxasına otrumur. Bir dəfə avtomobili pis idarə etdiyinə görə, yol polisi tərəfindən saxlanılıb. Ulduz olduğuna görə, Culiyanı buraxıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB