“Eurovision”un ən zövqsüzləri sırasında Səmra da var FOTOLAR

“Eurovision”un ən zövqsüzləri sırasında Səmra da var FOTOLAR

"Eurovision" mahnı müsabiqəsindən sonra ənənəvi olaraq keçirilən "Barbara Dex Award - 2016"nın nəticələri məlum olub. SİA-nın verdiyi xəbərə görə, zövqsüz geyinən təmsilçilərin adları bəlli olub.

Birinci sırada Xorvatiya təmsilçisi Nina Kraljic olub (770 səs).

İkinci sırada isə Almaniya təmsilçisi Jamie Lee öz yerini tutub ( 335 səs).

201 səslə üçüncü yerdə İsveçrə təmsilçisi Rykka olub.

Dördüncü sırada isə Bolqarıstan təmsilçisi Poli Genova qərarlaşıb ( 140 səs).

5-ci sırada isə Bosniya və Herseqovina təmsilçiləri Dalal & Deen və Ana Rucner & Jala olub, onlar 127 səs toplayıblar.

Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, "Barbara Dex Award" 1993-cü ildə etibarən keçiriləməyə başlayıb. "Eurovision" fanları onlayn səsvermə zamanı ən zövqsüz ifaçıları müəyyənləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə