"Kişilərin mənə göndərdikləri lüt şəkillərdən ibarət sərgi açacağam" MÜSAHİBƏ-FOTOLAR
Türkiyədə yaşayan və çalışan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə fotokamera qarşısına keçərək yeni fotosessiya etdirib və müsahibə verib. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, aktrisa açıq-saçıq müsahibə verib.
Nəsrin Cavadzadənin qısaldılmış müsahibəsini təqdim edirik:
- Paylaşdığınız fotoların altından "seksilik" şərhini yazırsınız. Bunun mənası nədir?
- Seksuallıqla məsumluğu birləşdirdim, nəticədə "seksilik" alındı.
- Sizin bu qədər rahat olmağınıza səbəb nədir?
- Film sahəsindəki uğurlarım üst-üstə gəldi. 20-yə qədər mükafatım var. Özümü təəccübləndirə bilmirəm. Amma içimdə başqa Nəsrin var. "İnstagram" bütün bu xüsusiyyətlərimi ortaya çıxarmaq üçün vasitəçi oldu. İndi özümü azad hiss edirəm.
-Erotika deyəndə nə anlayırsınız?
- Bunu çılpaqlıqla qarışdırmıram. Seksual olmaq, erotika və cinsi əlaqədir.
-Kişilərin münasibəti sizə qarşı necədir?
- "İnstagram"da kişilər mənə lüt fotolarını göndərirlər. Əvvəl çox pis olurdum. Amma sonra ağlıma gözəl fikir gəldi: indi heç birini silmirəm. Onlardan ibarət sərgi açacağam. Kim olduqlarını nümayiş etdirəcəm. Kişi cinsi münasibətini nümayiş etdirməkdə bir problem görmürsə, qadın da ondan incəsənət düzəltməkdən çəkinməməlidir.
- Sizi məhkəməyə verməzlər?
- Onların etdikləri təcavüzdür. Əslində mən onları polisə şikayət edə bilərəm. Heç birinin cinsəl orqanının şəklini zorla çəkmədim. Bəlkə məşhur olacaqları üçün xoşbəxtdirlər.
- Seks sizin üçün nə deməkdir?
- Sevgilim olanda hər şeyin ən gözəlini yaşamaq istəyirəm. Amma 2,5 ildir həyatımda heç kim yoxdur. Sevə bilmədim.
- Biriylə münasibətdə olmaq üçün mütləq sevgiliniz olmalıdır?
- Bəli. Sevgidə çox ciddiyəm. Eşq qadınıyam. Eşqlə nəfəs alıram, sənət yaradıram. Ona görə də sevmədiyim biriylə cinsi əlaqədə olmaram. Qadın dünyanı gəzib, müharibələr qazana bilər. Amma kişisinə uduzmalıdır. Mən də güclüyəm. Mənə qalib gələcək kişi axtarıram.
.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB