Meyxanaçı Pərviz Bülbülə gənc müğənnillərlə duet oxumağı rədd edib. SİA-nın verdiyi xəbərə görə, ifaçı həmin müğənnilərə ismarıc da göndərib: "Sənətə yeni gələn müğənnilər var ki, onlarla duet oxumuram, imtina edirəm. Çünki həmin kəslər mənlə duet oxusa, kölgəmdə qalacaq. Hamı mənə baxacaq. Azərbaycanda da elə bir müğənni yoxdur ki, onunla duet oxumaq arzusunda olum. Şou-biznesdə olan hər kəslə münasibətim yaxşıdır. Hörmət edirəm, hörmətimi də saxlayırlar".
Meyxana ustası yazdığı mahnılardan da danışıb: "Heç bir bəstəkarla müraciət etmirəm. Mahnılarımı özüm yazıram. Hansısa mahnının musiqisi xoşuma gəlirsə, həmin bəstəyə şeir yazıb, səsləndiririəm. Daha çox sevgi mövzusunda mahnı yazmağıma səbəb də özümlə bağlı deyil. Nakam sevgi yaşamamışam. Sadəcə olaraq, şair insanların zövqünə uyğun bəstə hazırlamalıdır"
Pərviz onun mahnısını oxumaq istəyən müğənninin adını açıqlayıb: "Müğənni Rəqsanə "Biri var" mahnıma ifa etmək istədi. Mən də Rəqsanəyə halallıq verdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB