Səmra Rəhimli ona dəstək olanlara səsləndi

Səmra Rəhimli ona dəstək olanlara səsləndi

"Eurovision 2016" mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səmra Rəhimli ona dəstək olanlara səslənib. SİA-nın verdiyi xəbərə görə, ifaçı təəssüratlarını bölüşüb: "Bu, uzun və çətin yol idi. Son aylarda biz bir çox şəhərləri gəzdik, Avropadakı pərəstişkarlarımızla görüşdük. Mən sizdən öyrəndim ki, insana ailənin, pərəstişkarların və dostların dəstəyindən çox heç nə güc verə bilməz. Siz mənə möcüzələrə inanmaq gücü verirsiniz. Möhtəşəm komandam çox sağ ol".

Qeyd edək ki, Səmra Rəhimli yarışmada ölkəmizi "Miracle" mahnısı ilə təmsil edərək 17-ci oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə