Avstraliyalı model: “Müsəlman kimi yetişdirildim...” FOTOLAR

Avstraliyalı model: “Müsəlman kimi yetişdirildim...” FOTOLAR

"Viktoriya Sekret"in mələyi, avstraliyalı model Şanina Şaik (Shanina Shaik) "Emirates Woman" jurnalının siması olub. O, jurnal üçün fotokamera qarşısına keçib, şəxsi həyatı barədə maraqlı fikirlər səsləndirib.

"Müsəlman doğuldum, müsəlman kimi yetişdirildim və normal bir həyat tərzim var",-deyə model açıqlamasında bildirib. 25 yaşı model müsahibəsində Litva, Pakistan və Səudiyyə Ərəbistan mənşəli olduğunu vurğulayıb.

O, həmçinin peşə seçimində atasının ona qarışmadığını da söyləyib: "Atam bizim peşə seçimimizə qarışmayıb, anlayışla qəbul edib. Onu da qeyd edim ki, bu gün belə bir qadın kimi formalaşdığıma görə atama minnətdaram".




Bütün xəbərlər Facebook səhifəmizdə