Səməd Səmədov paxıllıq etdiyi həmkarlarının adlarını açıqladı

Xalq artisti Səməd Səmədov maraqlı mövzuya toxunub. SİA-nın verdiyi xəbərə görə, ifaçı paxıllıqdan danışıb: "İki cür paxıllıq var. Ağ və qara paxıllıq. Paxıllıq olmasa inkişaf olmaz. Sağlam rəqabət hər zaman lazımdır. Mən gözümü açıb, Akif İslamzadəni, Zaur Rzayevi, Məmmədbağır Bağırzadəni görmüşəm. Belə insanların paxıllığını etmişəm. Adlarını sadaladığım sənətkarlar kimi olmaq istəmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə