Arda Turan evlənir

Türkiyəli futbolçu Arda Turan tezliklə nikah masasına əyləşəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, o, xeyli vaxtdır sevgili olduğu Aslıhan Doğanla ailə quracaq. Bir müddət əvvəl sevgilisi ilə arasında mübahisə düşən Barselona klubunda oynayan futbolçu nikah masasına oturaraq münasibətini xilas etməyə çalışır.

Toyun iyunun 4-də Çırağan Sarayda baş tutacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə