"Tatlı intikam"ın baş rol aktyoru nələri etiraf etdi? FOTOLAR

"Tatlı intikam" serialında baş rolda oynayan aktyor Furkan Andıç jurnalların biri üçün müsahibə verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor dərgi üçün fotokamera önünə də keçərək, şəkillər çəkdirib. O, müsahibəsi zamanı maraqlı məqamlara toxunub: " 6 həftədir ki, "Tatlı intikam" serialında Sinan obrazını canlandırıram. Bir bədəndə iki insanın xarakterini daşıyıram. Onun xoşbəxtliyini və kədərini hiss edirəm. Asan deyil. Buna rəğmən işimi çox sevirəm".

Furkan Andıç jurnalistin "Aktyor olmasaydınız hansı peşəni seçərdiniz?" sualına isə belə cavab verib: "İdmançı olardım. Basketbolu çox sevirəm. Bu idman növü ilə davamlı olaraq məşğul olmaq xəyalım idi. Lakin tələbə olduğum üçün başım dərslərimə qarışdı və basketbolla məşğul ola bilmədim".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...