Bankrot olan müğənni yeni biznes qurdu FOTOLAR

“70 minə yaxın pul itirdim”

Azərbaycanlı müğənni Afaq Aslan özünə yeni biznes qrub. SİA-ya açıqlama verən ifaçı yeni moda evi açdığını deyib: "Ümumiyyətlə hər bir yeni biznes böyük bir risk tələb edir. Xatırlayırsınızsa ötən il şəhərin mərkəzində özümə çay evi açmışdım. Amma oranı işlədə bilmədim. Çox ziyana düşdüm. Demək olar ki, bankrot oldum. Dolların qalxması da işlərimi daha bərbad vəziyyətə saldı. Təxminən 70 minə yaxın pulum boş-boşuna işləndi. Ortada da heçnə olmadı. Əvəzində Türkiyədə həyata keçirəcəyim layihə yarımçıq qaldı. Özümdə güc toplayıb, bu yaxınlarda yeni moda evi açdım. Tezliklə həmin moda evinin açılışını edəcəyəm. Hələ ki, açılışda təqdim etmək üçün xüsusi geyimlər hazırlanır. Nümunə üçün tikilən geyimlərin əksəriyyəti ziyafət və ad günləri üçün nəzərdə tutulub. Yeni biznesimi açmaqda məqsədim odur ki, heç bir kişidən aslı olmaq istəmirəm. Bütün işlərimi özüm həyata keçirirəm. Toylara getmirəm, bundan sonra yeganə gəlirim moda evi olacaq".

İfaçı daha sonra yaradıcılıq işlərindən də danışıb: "Şəxsi həyatımda yaşanan problemlərimə görə, yaradıcılıq işlərimə çox fasilə verdim. Gələn həftə yeni "Ehtiyacım yox" adlı mahnımı təqdim edəcəyəm. Sözləri meyxanaçı Vüqara, musiqisi Fərahim Sadiqə məxsusdur. Bu mahnımı fotosessiyamla birgə təqdim edəcəyəm. Daha sonra isə klip çəkilişlərinə start verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə