Aşıq Əlidən gözlənilməz yenilik

Aşıq Əlidən gözlənilməz yenilik

Aşıq Əli Tapdıqoğlu və Vüqar Mahmudoğlunun rəhbərliyi ilə yeni aşıqlar qrupu yaradılıb. SİA-nın verdiyi xəbərə görə, qrupda Sahib Qaçayev, Asif Xasanoğlun və bir neçə gənc musiqiçilər təmsil olunur.

Aşıq Əli qrupla bağlı təəssüratlarını bölüşüb: "Məqsədimiz həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə kompazisiyalar təqdim etməkdir. Hazırda yeni proqram üzərində çalışırıq. Sıradan havalar olmayacaq. Eyni zamanda unudulan el havalarını müasir dövrümüzə gətirib çıxarmağı və cəmiyyətə sevdirməyi qarşımıza məqsəd qoymuşuq. Qrupla demək olar ki, hər gün məşq edirik. Proqram peşəkar səviyyədə təqdim ediləcək. İlk çıxışımız 27-28 apreldə Şəkidə keçirirləcək dövlət tədbirində nəzərdə tutulub. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Aşıqlar Birliyinin hazırladığı tədbirdə yeni kompozisiyalarımız təqdim ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə